ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşdə istifadə etdiyi qeydlər fotoqrafların obyektivinə düşüb.
Modern.az xəbər verir ki, yayımlanan kadrlarda Uitkoffun əlində bir neçə bəndin yazıldığı vərəq görünür.
Qeydlərdə “Təşəkkür — Trampın baxışı”, “Dünən avropalılarla görüşdüm”, “İrəliləyiş hiss edirəm. Bu uğuru inkişaf etdirmək lazımdır” və “Biznes razılaşması” ifadələri yer alıb.
