Modern.az

Ermənistanda növbədənkənar seçki anonsu hakimiyyətdə təşviş yaradıb

Ermənistanda növbədənkənar seçki anonsu hakimiyyətdə təşviş yaradıb

Aktual

Bu gün, 08:23

Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı ilə bağlı açıqlaması hakimiyyət daxilində ciddi narahatlıq yaradıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hakimiyyətə yaxın mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Paşinyanın Konstitusiya dəyişiklikləri baş tutmayacağı təqdirdə növbədənkənar seçkilərin keçirilə biləcəyini bildirməsi hakim komandanın üzvləri üçün gözlənilməz olub.

Bildirilir ki, hakimiyyət nümayəndələrinin bir çoxu növbəti seçkilərdən sonra ən azı 4-5 il vəzifələrində qalacaqlarını düşünürdülər. Lakin baş nazirin son açıqlaması onların siyasi gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb.

Qəzetin məlumatına görə, hakimiyyət daxilində ən azı üç müxtəlif qrupda bu məsələ ətrafında gərgin müzakirələr aparılıb.

Mənbələr iddia edirlər ki, Paşinyan komandasının bir hissəsi buna hazır olmasa belə, növbədənkənar parlament seçkiləri barədə qəfil qərar qəbul edə bilər.

Sizə yeni x var
Keçid et
Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi