Modern.az

Gələn il 67 şəhər və rayona dotasiya nəzərdə tutulmur – SİYAHI

Gələn il 67 şəhər və rayona dotasiya nəzərdə tutulmur – SİYAHI

Aktual

Bu gün, 09:37

2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, 67 şəhər və rayon üzrə yerli xərclərin öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, layihənin 9-cu maddəsində həmin şəhər və rayonlar üçün yerli xərclərin maliyyələşdirilməsinə əlavə dotasiya göstərilməyib.

Şəhərlər: Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax və Xankəndi.

Rayonlar: Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağdərə, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zəngilan və Zərdab.

Bununla belə, layihənin 10-cu maddəsinə əsasən, gəlirlər yerli xərcləri təmin etmədikdə həmin şəhər və rayonlara xərclərinin 10 faizindən çox olmayan həcmdə dövlət büdcəsindən vəsait ayrıla bilər.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə isə ayrıca 198 milyon manat dotasiya nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi