21 Yanvar 2021, 16:24 | Ana Səhifə - Yazılar - İki türk dövlətinin “Dostluq” anlaşması
İki türk dövlətinin “Dostluq” anlaşması

Elman Babayev


Strateji qlobal layihələr Azərbaycanın gələcək inkişafına, enerji təhlükəsizliyinə etibarlı töhfə verir

 

 

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının yüksəldilməsi istiqamətində yeniliklərin olacağı barədə bəyanatından sonra ölkəmiz daha bir tarixi hadisənin şahidi oldu.  Bu gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı.

 

Belə bir sənədin imzalanması, ilk nöbvədə tarixi etnik-dini ənənələrə malik iki türk dövləti arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin bariz nümunəsidir. Məsələyə bu aspektdən yanaşdıqda yatağın “Dostluq” adlandırılması heç də təsadüfi seçilməyib.

 

Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük addım olan bu hadisənin digər əhəmiyyət kəsb edən istiqamətlərinə toxunsaq, vurğulamaq vacibdir ki, yataqdan hasil olunacaq neft və qaz ölkəmizə xas müasir infrastruktur və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu isə o deməkdir ki, neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq.

 

Bundan başqa, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə daşınmasında çox önəmli addımdır. Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən bu layihə çox böyük beynəlxalq və regional əhəmiyyət daşıyır.

Qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı keçiriləcək. Bu ərəfədə belə bir Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət impuls verəcək.

 

Sənəd eyni zamanda,

 

  • - Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə,
  • - xarici investorların bu layihələrə cəlb edilməsinə,
  • - Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə,
  • - Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq məkanı kimi güclənməsinə,
  • - Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitinin artmasına 


    mühüm töhfə verəcək.

 

“Dostluq” yatağının tarixi önəminin daha yaxşı anlaşılması üçün bir sıra başqa faktlara da nəzər yetirmək vacibdir.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. Sonralar Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataqda işlərin aparılması mümkün olmayıb. Belə ki, indi “Dostluq” adı daşıyan yataq Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi gerşəkləşməyib və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan ilə Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həllinə etibarlı zəmin yaradıb.

 

Nəticədə nəhayət ki, belə bir sənədin imzalanması mümkün olub.  Danılmaz reallıq odur ki, Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən birincisi məhz Azərbaycan olub. Ölkəmizin bu istiqmətdə davamlı səyləri Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı dövlətlərin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib.

 

Nəticədə,

  • - 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”in,
  • - 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş”in,
  • - 14 may 2003-cü il tarixində isə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in

 

imzalanmasına nail olunub.

 

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu bir daha isbat edir.

 

Bu gün həyata vəsiqə qazanan layihələr təbii ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasətin bəhrəsidir.

 

20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. Bu, Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım oldu, ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycan ücün, sözsüz ki, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı, “Əsrin müqaviləsi”nin imzalanmasına müvəffəq oldu və enerji layihələri, neft-qaz strategiyası tarixə onun adıyla düşdü. Xarici şirkətlər Heydər Əliyevə və onun gətirdiyi siyasi sabitliyin möhkəmliyinə inandılar. 1994-çü ildə ortaya qoyulan “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı. Neft faktoru Azərbaycanın milli təhlükəsizlik faktoruna cevrildi.

 

Ulu öndər Heydər Əliyevin siyasi təfəkküründə ölkənin iqtisadi resursları, möçüzəvi nemətləri siyasi müstəqilliyin möhkəmlənməsi, xariçi müdaxilələrdən qorunması, dünyaya çıxması, özünü tanıtması, sayılan-secilən məmləkətə cevrilməsi ücün çox böyük faktor idi. Müstəqillik dövründə Böyük İpək yolunun acılması məsələsi istiqamətində addımların atılması, Bakı-Çeyhan neft kəmərinin cəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin mühafizəsində bir vasitəyə cevirdi. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

 

Beləliklə, sonrakı mərhələdə imzalanan yeni müqavilələr ölkəmizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihə  “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi təmin edilib. Bu strateji qlobal layihələr Azərbaycanın gələcək inkişafına, dünyanın enerji təhlükəsizliyinə etibarlı töhfə verir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52