Modern.az

Davudoğlu baş nazirlikdən gedir - Ərdoğanla yolları ayrılır

Davudoğlu baş nazirlikdən gedir - Ərdoğanla yolları ayrılır

Dünya

5 May 2016, 00:01


Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki,  prezident Ərdoğanla görüşən baş nazir Əhməd Davudoğlunun bu barədə sabah açıqlama verəcəyi bildirilir.  

Partiyanın may ayında qurultaya gedəcəyi ifadə edilir. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı danışılır.

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər.  

NTV telekanalının məlumatına görə, qurultayın keçirilməsinin dəqiq vaxtı sabah bəlli olacaq. Baş nazir Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini verməyəcəyi bildirilir.  



Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...