Modern.az

Ermənistanda kişilər azalır, qadınlar artır

Ermənistanda kişilər azalır, qadınlar artır

Dünya

26 May 2016, 19:37

Ermənistan əhalisinin tərkibində qadınların sayı sürətlə artmaqdadır.

Modern.az Ermənistan Statistika Xidmətinin məlumatına istinadən xəbər verir ki, 2016-cı il üçün Ermənistan əhalisinin sayı 3 milyon 27 min 262 nəfərdir.

Statistikadan aydın olur ki, əhalinin tərkibində kişilər (46,5%) qadınlarla (53,5%) müqayisədə kəskin şəkildə azalmağa doğru gedir.

Ölkədə hər il 27 min insanın öldüyü və 40 min uşağın doğulduğu bildirilir. Lakin gündəlik olaraq 118 vətəndaşın yaşamaq üçün başqa ölkəyə köçdüyü Ermənistanda yaşayış perspektivinin və əhali sayının get-gedə azaldığı bildirilir.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı