Modern.az

Sərnişin təyyarəsi dovşanla toqquşdu

Sərnişin təyyarəsi dovşanla toqquşdu

Dünya

1 İyul 2016, 15:42

Moskvanın Şeremetyovo hava limanına enən Boeing-737 təyyarəsinin komandiri dərhal yerüstü xidmətlə əlaqə saxlayaraq bildirib ki, təyyarənin təkərləri altında heyvan qalıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, Malaqadan gələn təyyarənin sərnişinləri salonu tərk edəndə texniklər hava gəmisinə baxış keçiriblər.

 

Məlum olub ki, təyyarə enən zaman dovşan vurub. Şassidən heyvanın qalıqları aşkar olunub. Ancaq bu toqquşmadan hava gəmisinə ziyan dəyməyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!