Modern.az

İŞİD-in daha 2 komandiri öldürüldü

İŞİD-in daha 2 komandiri öldürüldü

Dünya

4 İyul 2016, 17:37

Əfqanıstanın şərqində Qəndahar vilayətində təşkil olunan əməliyyatda 2 İŞİD komandiri öldürülüb.

 

 Qəndəhar vilayəti qubernatorunun rəsmisi Ataullah Hoqyani NATO qüvvələrinə aid insansız hava vasitəsinin vilayətin Açın rayonunda təşkil etdiyi hava hücumunda İŞİD-in 2  mühüm komandiri - Molla Sacid və Ömər Hattabı öldürdüyünü deyib.

 

 Hücumda komandirlərlə birlikdə 6 İŞİD döyüşçüsünün də  öldürüldüyünü ifadə edən Hoqyani, əməliyyatların davam etdiyini bildirib.

 

Qəndəharın Kot rayonunda 2 gün əvvəl də İŞİD mövqeləri təşkil olunan hücumda 6 təşkilat üzvü öldürülmüşdü.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı