Modern.az

Saakaşvilinin avtomobili qaçırılıb - FOTO

Saakaşvilinin avtomobili qaçırılıb - FOTO

Dünya

7 İyul 2016, 10:58

Ukraynada növbəti səs-küylü hadisə baş verib. Belə ki, Odessa vilayətinin gürcü qubernatoru Mixail Saakaşvilinin zirehli avtomobili qaçırılıb. 

Modern.az-ın məlumatına görə, bu haqda “strana.ua” saytı xəbər yayıb. İddia olunur ki, “Toyota Land Cruser” markalı avtomobil kriminal qurp tərəfindən oğurlaıb. Qrupa “Quqa” ləqəbli avtoritet Serqo Qlontinin rəhbərlik etdiyi bildirilir.

Qaçırılan “Toyota Land Cruser”in 6 milyon qrivna dəyərində olduğu vurğulanır.

O da bildirilir ki, hazırda həbsxanada olan Qlontinin işinə bu gün baxılacaq və o, günahlandırıldığı ölkəyə - Macarıstana ekstradisiya edilməyərək, azadlığa buraxılsa, maşın geri qaytarılacaq.  

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər