Modern.az

Fransada partlayış

Fransada partlayış

Dünya

7 İyul 2016, 20:44

Fransanın cənubundakı Ardeş departamentində yerləşən xəstəxana kompleksinin çamaşırxanasında yanğınla nəticələnən iki güclü partlayış baş verib.  Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident  Annon şəhərində yerləşən “Ardèche Nord” xəstəxanasında baş verib.

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir. Binada olan şəxslərin evakuasiyası həyata keçirilir.

İlkin məlumatlara görə, hadisə qaz balonlarının partlaması nəticəsində baş verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər