Modern.az

Rusiyada cinayətkar aləmin lideri tutuldu

Rusiyada cinayətkar aləmin lideri tutuldu

Dünya

12 İyul 2016, 01:02

Moskvada ən nüfuzlu “qanuni oğru” Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov saxlanılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o, fırıldaqçılıqda şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iyulun 11-də əks kəşfiyyatçılar Zaxariya Kalaşovu qandallayıblar. Onun “Elements” restoranının sahibi Janna Kimdən fırıldaqçılıq yolu ilə külli miqdarda pul almaqla bağlı cinayət işi çərçivəsində tutulduğu bildirilir.

2015-ci il dekabrın 14-də Roçdelski küçəsindəki cinayət əsl qırğınla müşayiət olunub, nəticədə iki nəfər ölüb. O vaxt “isti izlərlə” Şakro Molodoyla sıx əlaqəsi olan avtoriyet Andrey Koçuykov (İtaliyalı) tutulub.

“Qanuni oğru” Zaxariy Kalaşov Rusiya cinayət aləminin lideri hesab olunur. O, bossların bossu yerini snayper “qanunçu” Aslan Usoyanı (Ded Xasan) güllələyəndən sonra tutub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı