Modern.az

Varşava su altında qaldı - VİDEO

Varşava su altında qaldı - VİDEO

Dünya

14 İyul 2016, 00:17

Polşa paytaxtına yağan yağışlar nəticəsində Varşavanı su basıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, altı saat ərzində aylıq normanın yarısı qədər yağıntı düşüb.

Yollarda ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb. Su basması səbəbindən bir neçə metro stansiyası bağlanıb. Hazırda xilasedicilər stansiyalardan suyu çıxarır. Havanın yaxşılacağı haqda hələ ki proqnoz verilmir. Yaxın günlərdə də yağış yağacağı bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı