Modern.az

Kılıçdaroğlu hərbi çevrilişə cəhd BARƏDƏ: “Potensialımız var”

Kılıçdaroğlu hərbi çevrilişə cəhd BARƏDƏ: “Potensialımız var”

Dünya

16 İyul 2016, 17:32

Türkiyə Böyük Millət Məclisinə gəlişində jurnalistlərin çevrilişə cəhd ilə suallarını cavablandıran Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu, “Kaş ki, Türkiyə belə bir travmamı yaşamasaydı” deyərək son dərəcə üzgün olduğunu bildirib.

 

Modern.az saytının Türkiyə KİV-nə istinadən məlumatına görə, Kılıçdaroğlu, Türkiyənin böyük bir dövlət olduğunu deyib.

 

“Türkiyə Cümhuriyyəti güclü bir dövlətdir. Bütün bu problemləri həll edəcək gücümüz, potensialımız var. Bütün vətəndaşlarımızın sükunət içində hadisələrin gedişatını izləməsini arzu edirəm. Bir azdan iclasda fikirlərimizi ətraflı şəkildə izah edəcəyik”.

 

Jurnalistlərin “Baş Qərargah rəisi ilə görüşdünüzmü ?” sualına da Kılıçdaroğlu , “Xeyr” cavabı verib.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı