Modern.az

Türkiyə səfiri öldü

Türkiyə səfiri öldü

Dünya

3 Avqust 2016, 15:57

 

Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, türkiyəli diplomat uzun sürən xəstəlikdən sonra avqustun 3-də öz ölkəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

 

Mehmet Tuğrul Gücük Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn ediləcək. 

 

Xatırladaq ki, M.Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. 1983-1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olub, 1995-1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb.

 

O, 2005-2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfir vəzifəsində işləyib. 2014-cü ildən isə Türkiyənin İsveçrədə səfiri idi. Ancaq M.Gücük təxminən üç aydır müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi. 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!