Modern.az

Polisi Molotov kokteyli ilə yandırdılar

Polisi Molotov kokteyli ilə yandırdılar

Dünya

15 Sentyabr 2016, 20:37

Fransada əmək qanunvericiliyinə dəyişikliklərlə bağlı kütləvi etirazlar davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu aksiyalar zamanı tez-tez polislə toqquşmalar qeydə alınır.

Sonuncu mitinq zamanı etirazçılardan biri polisin üstünə Molotov kokteyli tullayıb. Asayiş keşikçiləri dərhal alışan həmkarlarını yerə yatırdaraq alovu söndürüblər.

Mitinq keçirilən zaman, ümumilikdə hüquq-mühafizə orqanlarının 5 əməkdaşı və bir nümayişçi xəsarət alıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı