Modern.az

Hələbdə 100 nəfərədək uşaq ölüb

Hələbdə 100 nəfərədək uşaq ölüb

Dünya

29 Sentyabr 2016, 00:34

Son günlər Suriyanın Hələb şəhərinin şərqində gedən hərbi əməliyyatlarda 100-ə yaxın uşaq həlak olub. Modern.az saytı xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNİSEF) məlumat yayıb.

 

Məlumata görə, son günlər davam edən ağır döyüşlər zamanı 220-dən çox uşaq yaralanıb.

 

UNİCEF-in direktor müavini Castin Forsayt bildirib ki, Hələbin azyaşlı sakinləri dəhşətli vəziyyətdə yaşayırlar. "Onların əzablarını sözlə ifadə etmək mümkün deyil", – deyə UNİSEF rəsmisi bildirib.

 

Fondun bəyanatında bildirilir ki, cümə günündən indiyə kimi Hələbin şərqində gedən hərbi əməliyyatlar zamanı 96 uşaq öldürülüb, 223 azyaşlı yaralanıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı