Modern.az

FİFA Türkiyə klubuna qadağa qoyub

FİFA Türkiyə klubuna qadağa qoyub

Dünya

1 Noyabr 2016, 23:39

Beynəlxalq Futbol Assosasiyası FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub. Modern.az saytı xəbər verir ki, Sputnik-in məlumatına görə, "Dənizlispor" qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu ala bilməyəcək.

 

Buna səbəb "Dənizlispor"un öz keçmiş futbolçusu Daniel Dimov-a olan borcu ödəməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, Dənizlispor öhdəliyi yerinə yetirməyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!