Modern.az

İraqda terror: 16 ölü, 30 yaralı

İraqda terror: 16 ölü, 30 yaralı

Dünya

17 Noyabr 2016, 23:17

İraqda daha bir terror aktı törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, toy şənliyi zamanı törədilən partlayış nəticəsində 16 nəfər həyatını itirib. Hadisə zamanı 30 nəfərdən artıq insan yaralanıb.

İlkin məlumata görə, minalanmış avtomobil Bağdadın 50 kilometrliyində yerləşən  Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubndakı Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı