Modern.az

Trampın babasını Almaniyadan qovublar

Trampın babasını Almaniyadan qovublar

Dünya

21 Noyabr 2016, 21:39

Federal Təhlükəsizlik Xidmətinin arxivində ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın babasının  məktubu tapılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məktubda hərbi vəzifə haqqında qanunu pozduğuna görə Bavariya krallığından çıxarılmamasını xahiş edir.

1905-ci ildə “Bild” jurnalında çap olunan məktubda Tramp Bavariyanın vəliəhd-regenti Liutpolda müraciətində onu “sevimli, geniş ürəkli, ağıllı və ədalətli” adlandıraraq ölkədən deportasiya etməməyi xahiş edir.

Luitpold Trampın vəsatətini rədd edir.

Fridrix Tramp o vaxt Bavariya krallığının tərkibində olan Kalştadtedə doğulub və hərbi xidmət keçmədən ABŞ-a mühacirət edib.

Trampın babasının ABŞ-da vəziyyəti yaxşı olmadığından yenidən Bavariyaya qayıtmağa çalışıb.

 

Ancaq krallığın hakimiyyəti onu qanunu pozduğuna görə deportasiya etmək qərarına gəlib.

O, ABŞ-a qayıtmaq məcburiyyətində qalıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı