Modern.az

“Samsung”da axtarış aparılıb  

“Samsung”da axtarış aparılıb   

Dünya

24 Noyabr 2016, 00:44

Seulda “Samsung Electronics” şirkətinin baş ofisində və Dövlət təqaüd fondunda  axtarış aparılıb. Modern.az saytı xəbər verir ki,  APA-nın “Rönhap” agentliyinə istinadən məlumatına görə, axtarışın prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədar olduğu bildirilir.

 

Prokurorluq prezident təqaüd fonduna  "Samsung"u dəstəkləmək barədə təzyiq göstərib-göstərmədiyini araşdırır. Axtarış zamanı sərt disklər, mobil telefonlar və müxtəlif sənədlər müsadirə olunub. Bu, "Samsung"un baş ofisində keçirilən sayca 3-cü axtarışdır.

 

Qeyd edək ki, Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etirazlar keçirilir və dövlət başçısının istefası tələb olunur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı