Modern.az

Onlardan biri Con Kerrini əvəz edə bilər - ADLAR

Onlardan biri Con Kerrini əvəz edə bilər - ADLAR

Dünya

2 Dekabr 2016, 20:18

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.

 

Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.

 

"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib. "Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq.

D.Tramp da müsahibəsində söyləyib ki, yaxın həftələrdə demək olar ki, kabinetin tam tərkibi formalaşdırılacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı