Modern.az

Məşhur hakerdən Trampa XƏBƏRDARLIQ

Məşhur hakerdən Trampa XƏBƏRDARLIQ

Dünya

25 Yanvar 2017, 10:11

ABŞ prezidenti Donald Tramp özünə qarşı haker hücumlarının qarşısını almaq üçün əlavə tədbirlər görməlidir. O, Ağ Evin məlumatlarını dərc etdiyi şəxsi “Tvitter” səhifəsinin təhlükəsizliyini gücləndirməyi düşünməlidir.

 

Modern.az saytının CNN-ə istinadən məlumatına görə, bu haqda “Wauchula Ghost” təxəllüslü tanınmış haker xəbərdarlıq edib.

 

Qeyd edək ki, bu haker 2016-cı ilin iyun ayında  “Tvitter”də  “İslam dövləti” (İŞİD) ekstremistlərinin məlumat yaymağa çalışdığı 500 səhifəni sındırdıqdan sonra məşhurlaşıb.

 

Haker bildirib ki, Donald Trampın, onun xanımı Melaniya Trampın, həmçinin vitse-prezident Maykl Pensin “Tvitter” hesabları kiber hücumlardan qorunmaq üçün zəifdir.

 

“Wauchula Ghost” inandırmağa çalışıb ki, o özü  ABŞ-ın birinci şəxslərinə qarşı kiberhücumlar planlaşdırmır.

 

CNN xatırladıb ki, bundan əvvəl də Trampın nümayəndələri kiberhücumların ola biləcəyi barədə xəbərdarlıq ediblər. 

 

Aqşin KƏRİMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı