Modern.az

Zavoddakı partlayışda 3 nəfər öldü

Zavoddakı partlayışda 3 nəfər öldü

Dünya

9 Fevral 2017, 00:31

ABŞ-da zavodda baş verən partlayış ölümlə nəticələnib.  Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Boreqard şəhərində baş verib. İnsident nəticəsində 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Məlumata görə, hadisə qablaşdırma materiallarının istehsalı ilə məşğul olan “Packaging Corporation of America” şirkətinə məxsus müəssisədə qeydə alınıb.  Hazırda partlayışın səbəbləri araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı