Modern.az

İsrail Hələb hava limanını vurdu

İsrail Hələb hava limanını vurdu

Dünya

15 Oktyabr 2023, 07:08

İsrail ordusu Suriya rejiminin nəzarətində olan Hələb Beynəlxalq Hava Limanına raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

 

Uçuş zolağının zərər gördüyü bildirilib.

İtkilər barədə məlumat yoxdur.

 

İsrail Müdafiə Qüvvələrinin nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

 

SANA agentliyinin Suriya Silahlı Qüvvələrinin komandanlığındakı mənbəyə istinadən verdiyi məlumata görə, raket hücumundan sonra hava limanı yenidən fəaliyyətini dayandırıb.

 

Bütün uçuşlar müvəqqəti olaraq Latakiyadan yerinə yetiriləcək.

 

Dəməşq və Hələb hava limanları ilk dəfə oktyabrın 12-də İsrailin raket hücumu nəticəsində uçuş-enmə zolaqlarının zədələnməsi səbəbindən fəaliyyətini dayandırmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!