Modern.az

İsrail HƏMAS-ın komandanlıq mərkəzlərini MƏHV ETDİ

İsrail HƏMAS-ın komandanlıq mərkəzlərini MƏHV ETDİ

Dünya

15 Oktyabr 2023, 09:08

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.

 

Modern.az xəbər verir ki, müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib.

 

“İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, - məlumatda bildirilir.

 

Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr