Qətər və ABŞ İsrail ərazisində radikallar tərəfindən əsir götürülən və Qəzza zolağına aparılan girovların azad edilməsinə dair razılaşmanı yekunlaşdırmağa çalışır.
Modern.az Financial Times (FT) qəzetinə istinadən xəbər verir ki, razılaşmanın şərti İsrailin HƏMAS tərəfindən girovlarının təhlükəsiz şəkildə azad edilməsi və zolağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Qəzzanı bombalamasını dayandırmasıdır.
“Şənbə günü (14 oktyabr) ümidverici görüşlər olub və HƏMAS mülki girovları azad etməyə hazır görünür, lakin Fələstin hərəkatı bombardmanlar davam edərkən bunu edə bilməyəcəyini deyib. Onlar (HƏMAS yaraqlıları – Qeyd) girovların təhlükəsiz şəkildə azad edilməsinə imkan yaratmaq üçün İsrailin Qəzzaya hücumlarını qısa müddətə dayandırmasını istəyirlər”, - mənbə bildirib.