Modern.az

Əfqanıstanda 6,4 ballıq zəlzələ - YENİLƏNİB

Əfqanıstanda 6,4 ballıq zəlzələ - YENİLƏNİB

Dünya

15 Oktyabr 2023, 13:53

Bu gün Əfqanıstanın Herat vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 2 nəfər ölüb, 125 nəfər xəsarət alıb.

 

"Modern.az"ın xəbərinə görə, bu barədə “Hasht-e Subh Daily” qəzeti məlumat yayıb.

 

Dağıntı və tələfatın miqyası dəqiqləşdirilir.

 

***

11:18

 

Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin ocağı Heratdan 36 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Daha sonra 5,6 maqnitudalı növbəti təkan qeydə alınıb.

 

Bundan əvvəl oktyabrın 11-də Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ minlərlə insanın ölümünə yol açıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!