Modern.az

İsrail Qəzzada təhlükəsiz marşrut açdı

İsrail Qəzzada təhlükəsiz marşrut açdı

Dünya

15 Oktyabr 2023, 13:26

İsrail ordusu yerli vaxtla saat 10:00-dan 13:00-a qədər (Bakı vaxtı ilə 11:00-14:00) Fələstinin Qəzza zolağının şimalından onun cənub hissəsinə gedən marşrutu atəşə tutmayacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.

 

“Qəzza şəhəri və Qəzza zolağının şimalındakı sakinlər, son günlərdə təhlükəsizliyiniz üçün sizi cənuba köçməyə çağırdıq. Nəzərinizə çatdırırıq ki, İsrail Ordusu yerli vaxtla saat 10:00-dan 13:00-dək bu marşrut üzrə heç bir əməliyyat keçirməyəcək”, - deyə o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr