Modern.az

Qərb-Rusiya müharibəsi fərqli olacaq - Putin

Qərb-Rusiya müharibəsi fərqli olacaq - Putin

Dünya

15 Oktyabr 2023, 18:50

“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacaq”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” “Rossiya-1” telekanalında deyib.

 

Belə ki, o, jurnalistin xahişi ilə ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edib.

 

“Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, - Rusiya lideri bildirib.

 

Putin əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir:

 

“Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Amma güman edirik ki, biz sülh istəyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!