Modern.az

ABŞ İsrailə görə 3 ölkə ilə danışıqlar aparıb

ABŞ İsrailə görə 3 ölkə ilə danışıqlar aparıb

Dünya

15 Oktyabr 2023, 20:28

ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün İran, Qətər və Pekinlə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.

 

“Bizim İranla şəxsi əlaqə vasitələrimiz var və biz bu yaxınlarda açıq şəkildə dediklərimizi aydınlaşdırmaq üçün bu vasitələrdən istifadə etdik”, - o qeyd edib.

 

Sallivan vurğulayıb ki, ABŞ İranın Fələstin-İsrail münaqişəsinə müdaxilə ehtimalını istisna etmir.

 

Bundan əvvəl "Bloomberg" yazıb ki, ABŞ səlahiyyətliləri həm Tehranın birbaşa müdaxiləsi ehtimalını, həm də Livan Hizbullahı vasitəsilə dolayı iştirakını izləyir.

 

Tehran Fələstin-İsrail münaqişəsinə müdaxilə etməyi planlaşdırmadığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!