Modern.az

ABŞ Qəzzaya ordu göndərə bilər - ŞOK AÇIQLAMA

ABŞ Qəzzaya ordu göndərə bilər - ŞOK AÇIQLAMA

Dünya

15 Oktyabr 2023, 23:45

ABŞ Fələstin-İsrail münaqişəsində iştirak etməyi planlaşdırmır.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Fox News" telekanalına müsahibəsində bildirib.

 

O, əsir götürülən amerikalıları azad etmək üçün ABŞ silahlı qüvvələrinin istifadə oluna biləcəyini istisna etməyib.

 

"Girovluqda olan vətəndaşlarımızın evə gətirilməsi məsələsinə gəldikdə, mən heç nəyi istisna etməyəcəyəm", - Con Kirbi deyib.

 

O qeyd edib ki, ABŞ prezidenti Co Bayden üçün Amerika vətəndaşlarının təhlükəsizliyi məsələsi ən vacib məsələdir: "Onun üçün xaricdə girov saxlanılan amerikalıların təhlükəsizliyindən daha vacib heç nə yoxdur”.

 

Kirbi vurğulayıb ki, hazırda ABŞ-da onların sayı barədə dəqiq məlumat yoxdur.

 

Bundan əvvəl ABŞ Dövlət Departamenti şənbə günü Fələstin-İsrail münaqişəsində həlak olan amerikalıların sayının 27-yə yüksəldiyini bildirib. BMT-nin İsrail mənbələrinə istinadən verdiyi məlumata görə, məhbusların ümumi sayı 50 ilə 100 nəfər arasındadır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!