Modern.az

Njdedən tamaşa hazırlayan teatrın işçiləri AKSİYA KEÇİRDİ

Njdedən tamaşa hazırlayan teatrın işçiləri AKSİYA KEÇİRDİ

Dünya

15 Yanvar 2024, 12:36

Ermənistanda “Goy” teatrının kollektivi Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiyaçılar teatrın ləğv edilməməsini və başqa teatra birləşdirilməməsini tələb edir.

 

"Onlar hələ də heç nə yaratmayıblar və yalnız dağıdıcılıqla məşğuldurlar, bizim teatr isə başqa bir məhv obyektidir. Biz öz vətənimizdə sərbəst şəkildə yaratmaq istəyirik", - rejissor Artur Saakyan bildirib.

 

Qeyd edək ki, sözügedən teatr faşist kollaborasionisti Qaregin Njde barədə tamaşa ilə gündəmə gəlmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV