Modern.az

Rusiya da Azərbaycana başsağlığı verdi 

Rusiya da Azərbaycana başsağlığı verdi 

Dünya

15 Yanvar 2024, 19:40

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

 

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd edilib.

 

Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində yeddi nəfər ölüb, 24 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV