Modern.az

Kriptovalyutaçı və həyat yoldaşı öldürüldü

Kriptovalyutaçı və həyat yoldaşı öldürüldü

Dünya

7 Noyabr 2025, 14:00

Rusiyalı kriptovalyutaçı Roman Novak və həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) öldürülüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cütlük qəsb məqsədilə qaçırılıb və sonra heç bir pul alınmadan öldürülüb.

Şübhəlilərin artıq saxlanıldığı və onların da Rusiya vətəndaşı olduğu ortaya çıxıb.

Fonanka, evli cütlük təxminən bir ay əvvəl yaxınları ilə əlaqə qurmağı dayandırdığını yazır. Sayt şübhəlilərin həbsini təsdiqləyir, lakin qurbanların cəsədlərinin hələ tapılmadığını göstərir.

İstintaqa məlum olub ki, Roman Novak və həyat yoldaşının yaxınları ilə əlaqəsi hələ bir ay öncə kəsilibmiş.
 

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?