Norveç Suriyaya “hə”, İrana isə “yox” dedi.
Modern.az xəbər verir ki, Norveçin suveren rifah fondu investisiya strategiyasında mühüm dəyişikliklərə hazırlaşır.
Söhbət dünyanın ən böyük suveren fondlarından biri olan Norveç Hökumət Pensiya Fondundan gedir. Dəyəri təxminən 2,2 trilyon dollar olan fond dövlət istiqrazlarına qoyuluş siyasətini yeniləyir.
Reuters agentliyinin yaydığı məlumata görə, fond uzun illər qüvvədə olan qadağanı aradan qaldıraraq Suriya dövlət borc öhdəliklərinə investisiya imkanını bərpa edəcək.
Eyni zamanda, Oslo rəhbərliyi İranı fondun investisiya portfelindən çıxarılan ölkələr siyahısına daxil etməyi planlaşdırır.