Modern.az

Türkiyə və ərəb ölkələri Antalyada toplaşacaq

Türkiyə və ərəb ölkələri Antalyada toplaşacaq

Dünya

15 Aprel 2026, 03:39

Türkiyə və ərəb ölkələri Antalyada toplaşacaq.

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri Antalyada bir araya gələcəklər.

Məlumata görə, görüş "Middle East Eye" nəşrinin yazdığı kimi, aprelin 17-də başlayacaq Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək. Danışıqların İran ətrafında artan regional gərginlik fonunda baş tutacağı bildirilir.

Qeyd olunur ki, bu, dörd ölkənin regional məsələlərin müzakirəsinə həsr olunmuş üçüncü belə görüşüdür və birbaşa Hörmüz boğazındakı vəziyyətlə bağlı deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ