Bakı və İrəvan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstəriblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Konsulluq departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.
“İrandan soydaşlarımızın təxliyəsində Ermənistan və Azərbaycan böyük kömək göstərdilər. Belə ki, Bakı 2020-ci ildən fərdi keçid üçün bağlı olan "Astara" sərhəd keçid məntəqəsindən Rusiya vətəndaşlarının, Rusiyanın Tehrandakı səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında istifadə etməsinə imkan yaratdı”, - deyə diplomat qeyd edib.