Aprelin 16-na keçən gecə Rusiya qüvvələri Ukraynaya genişmiqyaslı, birləşmiş hava hücumu həyata keçirib.
Modern.az xəbər verir ki, Ukrayna KİV-i hücumların nəticəsləri barədə məlumat yayıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin yenilənmiş məlumatlarına görə, paytaxta edilən hücumda bir uşaq da daxil olmaqla 4 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Bundan əlavə, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə endirilib. Bir neçə yerdə dağıntılar qeydə alınıb. Bir yaşayış binasında yanğın baş verib. Zərbələr həmçinin üçmərtəbəli mini-oteli qismən dağıdıb və bitişik binalara zərər vurub.
Təkrar hücumlar nəticəsində 4 tibb işçisi də yaralanıb.