Modern.az

Odessa da vuruldu - 7 nəfər öldü, 11 nəfər yaralandı

Odessa da vuruldu - 7 nəfər öldü, 11 nəfər yaralandı

Dünya

16 Aprel 2026, 09:19

16 aprel gecəsi Rusiya ordusu Ukraynanın Odessa şəhərinə hücum dronları və raketlərlə zərbələr endirib.

Modern.az “Unian”a istinadən xəbər verir ki, hücumlar nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Məlumata görə, əvvəlcə Qara dənizdən bölgəyə onlarla pilotsuz uçuş aparatı (PUA) hücum edib, daha sonra səhər tezdən Odessaya raket hücumu nəticəsində şəhərdə güclü partlayışlar eşidilib.

Odessa Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Lısak bildirib ki, şəhərdə çoxsaylı mülki şəxslər arasında itkilər olub.

"Ötən gecə şəhər raket və pilotsuz təyyarələrin hücum dalğası ilə üzləşdi. Təəssüf ki, 7 nəfər həlak olub. Daha 11 nəfər yaralanıb", - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ