Modern.az

Yalnız Türkiyə silahlarına etibar edən ölkə

Yalnız Türkiyə silahlarına etibar edən ölkə

Dünya

Bu gün, 11:06

Kosova təhlükəsizlik qüvvələrinin arsenalında Türkiyə istehsalı müasir silah və texnikaların payı sürətlə artır.

Modern.az xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumatlara görə, rəsmi Priştina son illərdə müdafiə qabiliyyətini gücləndirmək üçün Türkiyə hərbi sənayesi ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib.

Məlumata əsasən, Kosovo qüvvələri hazırda Türkiyə istehsalı olan bir sıra müasir silah sistemlərindən fəal şəkildə istifadə edir. Bunlara MPT-55 avtomatik tüfəngləri, MKE istehsalı PMT-76 pulemyotları, ROKETSAN tərəfindən hazırlanmış OMTAS tank əleyhinə raket sistemi, həmçinin ASELSAN inteqrasiyalı ALKAR minaatan sistemi ilə təchiz olunmuş VURAN zirehli maşınları və “Otokar” şirkətinin istehsalı COBRA zirehli texnikaları daxildir.

Ekspertlər hesab edir ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlığın genişlənməsi Kosovaya daha çevik və müasir müdafiə imkanları qazandırır. Bu proses eyni zamanda Türkiyənin müdafiə sənayesinin beynəlxalq bazarda təsirinin artdığını da göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi