Modern.az

Ermənistan daha bir türk dövləti ilə hava əlaqələri qurur

Ermənistan daha bir türk dövləti ilə hava əlaqələri qurur

Dünya

16 Aprel 2026, 14:22

Özbəkistanın payaxtı Daşkənd və Ermənistan paytaxtı İrəvan arasında onilliklər ərzində ilk dəfə birbaşa hava əlaqəsi planlaşdırılır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Uzbekistan Airports" şirkətinin məlumatına görə, müntəzəm sərnişin reysləri 2026-cı ilin may ayında başlaya bilər. Uçuşların həftədə bir dəfə Boeing 737 təyyarələri ilə həyata keçirilməsi planlaşdırılır.

Marşrutun Ermənistan və Özbəkistan arasında turizm və işgüzar əlaqələri gücləndirməsi və sərnişinlər üçün səyahət seçimlərini genişləndirməsi gözlənilir. Əvvəllər bu marşrut üzrə səyahət yalnız Moskva, İstanbul və Tbilisi üzərindən transferlərlə mümkün idi.

Aviaşirkət Yerevandakı Zvartnots hava limanında yerləşən Ermənistanın "Shirak Avia" aviaşirkəti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ