Modern.az

Deputatların sayı 850-yə çatdırılacaq

Deputatların sayı 850-yə çatdırılacaq

Dünya

Bu gün, 17:14

Hindistanda parlamentin tərkibinin genişləndirilməsi və təmsilçilik qaydalarının dəyişdirilməsi ilə bağlı müzakirələr başlanıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 16-da bu məsələyə həsr olunmuş parlamentin xüsusi iclası keçirilib.

Məlumata görə, ölkə əhalisinin əhəmiyyətli artımı nəzərə alınaraq, qanunverici orqanın aşağı palatasında deputat yerlərinin sayının hazırkı 543-dən 850-yə çatdırılması təklif olunur.

Bundan əlavə, parlamentdə və ştatların qanunverici məclislərində qadınlar üçün 33 faizlik kvotanın qanunla təsbit edilməsi ideyası da irəli sürülüb.

Eyni zamanda, seçki dairələrinin sərhədlərinin dəyişdirilməsi də gündəmdədir. Lakin bu təşəbbüs müxalifət tərəfindən kəskin etirazla qarşılanır. Müxalifət hesab edir ki, belə dəyişikliklər ölkənin daha kasıb və sıx məskunlaşmış şimal ştatlarının parlamentdə mövqelərini gücləndirə bilər. Həmin bölgələrdə isə ənənəvi olaraq Baş nazir Narendra Modinin rəhbərlik etdiyi “Bharatiya Janata Party” üstünlük təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi