ABŞ İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verir.
Modern.az xəbər verir ki, BBC-nin məlumatına görə, bunu ABŞ-ın hərbi naziri Pit Heqset mətbuat konfransında bildirib.
Heqsetin sözlərinə görə, ABŞ bunu vitse-prezident C.D.Vensin və danışıqlar qrupunun rəhbərliyi altında razılığa gəlməklə "xoş yolla" etməyə üstünlük verərdi.
Lakin Pentaqon rəhbəri bunun "çətin yolla" da edilə biləcəyini bildirib.
Bu baxımdan o, İran hakimiyyətini "müdrik seçim etməyə" çağırıb.
Heqsetin sözlərinə görə, əgər Tehran "pis seçim edərsə", blokada tətbiq olunacaq və ölkənin infrastruktur və enerji sektoruna bombalar atılacaq.