Modern.az

Merts: "Ukrayna bəzi əraziləri itirməklə barışa bilər"

Merts: "Ukrayna bəzi əraziləri itirməklə barışa bilər"

Dünya

27 Aprel 2026, 19:36

Ukrayna gələcəkdə Rusiya ilə mümkün sülh sazişi çərçivəsində bəzi ərazilərinə nəzarəti itirməklə barışmalı ola bilər.

Modern.az “Retuers” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.

Onun sözlərinə görə, belə güzəştlər Ukraynanın Avropa İttifaqına üzvlük perspektivləri ilə əlaqələndirilir.

Kansler ümid edir ki, Ukrayna Rusiya ilə əvvəlcə atəşkəs sazişi, daha sonra isə sülh müqaviləsi imzalayacaq: “Bu zaman belə ola bilər ki, Ukrayna ərazisinin bir hissəsi artıq ona məxsus olmayacaq”.

Almaniya Kansleri əlavə edib ki, əgər Volodimir Zelenski bu məsələni xalqına çatdırmaq və onların dəstəyini qazanmaq istəyirsə, referendum keçirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ