Yunanıstanda 89 yaşlı kişi Sosial Sığorta Fondunda (EFKA) və Afina Apelyasiya Məhkəməsində ov tüfəngi ilə beş nəfəri yaralayıb.
Modern.az xəbər verir ki, bu barədə "ERT-news" məlumat yayıb.
Xəbər kanalının məlumatına görə, kişi əvvəlcə Afinanın Petralona məhəlləsindəki EFKA binasına daxil olub. Şahidlərin sözlərinə görə, o, dördüncü mərtəbəyə qalxıb və tavana atəş açıb, güllə işçinin ayağına dəyib.Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun yarasının həyati təhlükə yaratmadığını bildiriblər.
Daha sonra eyni kişi Afina Apelyasiya Məhkəməsində dördüncü mərtəbəyə qalxaraq 4 qadın məhkəmə katibini güllələyib. O, bundan sonra ov tüfəngini hadisə yerində qoyaraq qaçıb. Hadisənin motivi hələlik məlum deyil.
Kanalın məlumatına görə, şübhəli əvvəllər psixiatrik klinikada müalicə alan 89 yaşlı zibil yığan şəxsdir. Polis cinayətkarı tapmaq üçün genişmiqyaslı əməliyyata başlayıb, onun fotosunu mediaya paylayıb və vətəndaşlardan onu görsələr, ona məlumat vermələrini istəyib.