Modern.az

Livanda son sutkada 13 nəfər öldü

Livanda son sutkada 13 nəfər öldü

Dünya

28 Aprel 2026, 21:28

Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 534-ə, yaralananların sayı isə 7 863-ə çatıb", - nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, İsrailin Livanın cənubunda və şərqindəki "Hizbullah" obyektlərinə hücumlarını davam etdirdiyini nəzərə alaraq, ölənlərin və yaralananların sayı arta bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ