“Hizbullah” mayın 6-da İsrailə qarşı daha 3 əməliyyat həyata keçirdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bununla da təşkilatın gün ərzində İsrailə qarşı keçirdiyi əməliyyatların sayı 15-ə çatıb.
Məlumata görə, ilk hücum zamanı Xiyam həbsxanası yaxınlığında yerləşən İsrail ordusuna məxsus hərbi texnika dronla vurulub.
İkinci əməliyyatda isə Deyr Siryan bölgəsinin Xillet əl-Rac ərazisində yerləşən “Namera” tipli İsrail hərbi maşınının dron zərbəsi ilə yandırıldığı bildirilib. “Hizbullah”ın iddiasına görə, yaralıların təxliyəsi üçün hadisə yerinə göndərilən İsrail helikopterindən sonra təxliyə qrupu da artilleriya atəşinə tutulub.
Üçüncü hücumun Aita əl-Şaab bölgəsində İsrail hərbçilərinin toplandığı əraziyə qarşı həyata keçirildiyi və dron zərbəsinin birbaşa hədəfə dəydiyi qeyd olunub.