Modern.az

Dost ölkə veteranlara Azərbaycandan 2 dəfə az pul verəcək

Dost ölkə veteranlara Azərbaycandan 2 dəfə az pul verəcək

Dünya

Bu gün, 11:04

Gürcüstanda faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə Gürcüstanda İkinci Dünya müharibəsi veteranlarına və həlak olanların ailə üzvlərinə birdəfəlik maddi yardım ödəniləcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin sərəncamında bildirilib.

Qərara əsasən, İkinci Dünya müharibəsinin iştirakçılarına 2 min lari(1 266,22 manat-red), müharibədə həlak olanların ailə üzvlərinə isə min lari (633,22 manat-red) məbləğində yardım veriləcək.

Maliyyə dəstəyi Veteranlarla İş Xidmətinin elektron məlumat bazasında qeydiyyatda olan veteranlara və şəhid ailələrinə şamil ediləcək.

Məlumata görə, Tbilisi istisna olmaqla digər bölgələrdə ödənişləri Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmət Agentliyi həyata keçirəcək. Paytaxtda qeydiyyatda olan veteranlar və ailə üzvləri üçün vəsait isə Tbilisi meriyası tərəfindən ayrılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu il 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV