Modern.az

13 aeroport fəaliyyətini dayandırdı

13 aeroport fəaliyyətini dayandırdı

Dünya

8 May 2026, 11:00

Cənubi Rusiya Hava Naviqasiyası şöbəsinin inzibati binasına dron hücumu səbəbindən on üç hava limanı dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarında əməliyyatlar müvəqqəti olaraq dayandırılıb".

Nazirlik qeyd edib ki, personal təhlükəsizdir və mütəxəssislər hazırda avadanlığın funksionallığını təhlil edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...