Modern.az

Erməni səfir Rusiya XİN-də danlanıb

Erməni səfir Rusiya XİN-də danlanıb

Dünya

Bu gün, 11:26

Dünən Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanı Rusiya Xarici İşlər Nazirliyinə çağırmasının detalları məlum olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nazirlikdə səfirlə sərt danışıqlar aparılıb.

“9 may ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə toplantı və Zelenskinin Ermənistan paytaxtında səsləndirdiyi terror hücumları ilə bağlı birbaşa təhdidləri, iştirak edən hər kəsin səssiz razılığı ilə, Ermənistan rəhbərliyinin Moskvada verdiyi müttəfiqlik öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir”, - deyə məlumatda deyilir. 

Bildirilir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan tərəfinə bu məsələlərlə bağlı narazılığını çatdırıb və baş verənləri iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə uyğun hesab etmədiyini vurğulayıb.

Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan ötən gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bildirilib ki, Zelenskiyə Rusiyaya qarşı terror təhdidlərini səsləndirmək üçün respublikada platforma verilməsi qəti şəkildə qəbuledilməzdir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV